Azərbaycan könüllüləri, AKTİ Katibliyi və İttifaqa üzv təşkilatların nümayəndələrinin iştirakı ilə video-konfrans formatında “Könüllü qəhrəmanların Bilik gününə həsr olunmuş görüşü” baş tutub.🤩
Səmimi görüş zamanı könüllülərlə müzakirələr aparılıb, növbəti planlarla bağlı ideya və təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb, daha sonra yeni tədris ilində gənclərə uğurlar arzulanıb.
Yekunda avqust ayında aktiv şəkildə fəaliyyət göstərən könüllülər “Ayın könüllüsü” nominasiyasına layiq görülüblər.😍
Unutmayın ki, #bizbirlikdəgüclüyük!
Xəbəri oxudu
914