Gənclər, hazırsınız?
Gözlədiyiniz o an gəlib çatdı!
Təhsil xərci müsabiqəsi üçün ərizə qəbuluna start verilir!
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.
Maliyyələşmə 2019-2020 və ya 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin qarşılanmasını nəzərdə tutur.
Müsabiqənin qaydaları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün Gənclər Fondunun rəsmi saytı (www.youthfoundation.az) və
mobil tətbiqinə müraciət edilməlidir.
Müraciətlər 30 noyabr 2020-cu il saat 18:00-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində paylaşılacaq.
Ətraflı məlumat üçün: https://youthfoundation.az/98863/
Müsabiqə ilə bağlı hər hansı suallar yaranarsa, Gənclər Fondunun rəsmi sosial media hesablarından müraciət edə və ya (012) 498 95 90; (070) 598 95 90 nömrələri vasitəsilə əlaqə yarada bilərsiz.
Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!
Çünki #SənGələcəksən!