Bildiyimiz kimi, münaqişənin coğrafiyasını genişləndirməyə çalışan, eyni zamanda cəbhədəki məğlubiyyətlə barışmaq istəməyən mənfur düşmən ölkəmizin müxtəlif rayonlarında mülki əhalinin sıx yaşadığı əraziləri raket və ağır artilleriyadan atəşə tutmağa davam edir.
Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur. Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir.
Düşmən bir şeyi unudur: Azərbaycan xalqının mübarizə əzmi və birliyini heç bir qüvvə sındıra bilməz!
Bu məqsədlə, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə “#Birlikdəstək” adlı aksiyaya start verilir. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilən vətəndaşlarımıza humanitar yardım nəzərdə tutulur.
Əgər siz də dəstək olmaq istəyirsinizsə ianə etmək istədiyiniz məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilərsiniz.
Link: https://cutt.ly/5glmpop
Biz böyük məmnuniyyətlə dəstəyinizi çatdırarıq!
Unutmayın, #bizbirlikdəgüclüyük!
Hər birimiz Qarabağıq! Qarabağ Azərbaycandır!