#GəncKönüllülər üçün məqalə müsabiqəsi
“Gənc Könüllülər” Hərəkatı 5 dekabr Beynəxalq Könüllülər Günü münasibətilə “QələbəmİZ” adlı məqalə müsabiqəsinə START verir!
Sən də müsabiqədə iştirak edərək bir-birindən dəyərli hədiyyələr QAZANMAQ ŞANSI əldə et!
Müsabiqədə iştirak etmək istəyən könüllülər ölkəmizin hərbi və siyasi gücünü dünyaya sübut edən, tarixi ədaləti bərpa edən böyük ZƏFƏRİMİZDƏN bəhs edən məqalələri [email protected] e-poçt üvanına göndərə bilərlər.
Məqalələrin qəbulu üçün son tarix: 1 dekabr 2020-ci il, saat 23:59
2 dekabr tarixi saat 12:00-dan etibarən məqalələr facebook səhifəmizdə dərc olunacaq və 8 dekabr 2020-ci il saat 21:00-dək ən çox bəyənmə sayı toplayan 3 məqalə isə qalib olacaqdır.
Müsabiqə ŞƏRTLƏRİMİZ çox sadədir:
• Hər könüllü müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.
• Məqalələr orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Məqalələr Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır.
• Məqalənin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında foto və əlaqə vasitəsini (telefon nömrəsi və e-mail) qeyd etməlidir.
• Məqalələr bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
• Məqalənin mətni üçün tələblər – Şrift “Arial” , ölçü 12, sətirlər arası interval 1, faylın formatı “doc.” üz qabığı istisna olmaqla mətn hissə həcmi 1 səhifə olmalıdır.
• Paylaşımı bəyənməlisiniz.
• “Gənc Könüllülər” Hərəkatının rəsmi instagram və facebook səhifəsini izləməlisiniz.
QEYD:
1. Yalnız yuxarıda qeyd olunan şərtlərə uyğun olan məqalələr dərc olunacaq.
2. Saxta və ya yeni açılan profillərlə edilən bəyənmələr hesablanmayacaq.
3. Məqalələr Facebook səhifəmizdə paylaşılacaqdır.
4. Nəticələr 9 dekabr tarixində açıqlanacaqdır.