01 fevral 2021-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və “Gənc könüllülər” hərəkatının iştirakı ilə “Nizami Gəncəvi və müasir Azərbaycan gəncliyi” adlı görüş baş tutub.🤩
Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb, “Nizami Gəncəvi ili” ilə əlaqədar kitabxananın hazırladığı tədbirlər planından, Nizami Gəncəvi dühasının Azərbaycana parlaq klassik bir ədəbiyyat xəzinəsi bəxş etməsindən danışıb.
Daha sonra söz alan Üzeyir Mustafayev nümayəndəsi olduğu “Gənc könüllülər” hərəkatının fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib, təşkilatın 2000-dən artıq üzvünün olmasını, hər bir gəncə fərdi yanaşmalarını, fəaliyyət istiqamətlərinin genişliyini, eləcə də müasir gəncliyin Nizami Gəncəvi irsinə sonsuz maraqlarını və bu irsdən bəhrələndiklərini qeyd edib.😊
#AzGF #GəncKönüllülər #Gələcəyimiz