“Gənc Könüllülər” Hərəkatının təşkilatçılığı ilə Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş qazilərimizlə könüllülərin silsilə görüşləri davam edir.🇦🇿
31 yanvar tarixində qazimiz Pərvin Qasımovla könüllülərin görüşü baş tutub. 150-dən çox könüllünün iştirak etdiyi görüşdə qazimiz Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər haqqında danışıb və öz döyüş yolunu könüllülərlə bölüşüb.
Görüş səmimi söhbət formasında davam edib və qazimiz könüllüləri maraqlandıran sualları cavablandırıb.😊
#AzGF #GəncKönüllülər #Gələcəyimiz #QələbəmİZ #QarabağAzərbaycandır
Xəbəri oxudu
867