Kitabların gənclərin dünya görüşünü, xəyal dünyasını, bilik və savadını, onlara daha dərindən düşünməyə yardımçı olduğunu, bəzən isə hətta həyatlarını tamamilə dəyişməyə səbəb olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.
Bizim əsas məqsədlərimizdən biri də kitab oxuyan, oxuduğu hər bir kitabdan nəticə çıxaran və kitab oxumaqdan sözün əsl mənasında həzz alan bir gəncliyin formalaşmasında rolumuzun olmasıdır.
Bu məqsədilə bir neçə gün öncə “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə bir sıra regionlarda gənc könüllülər arasında kitab mübadiləsini təmin etmək məqsədilə müxtəlif aksiyalar keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, oxuculara mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarət olub.