“Həmrəy könüllü”lərin ilk görüşü baş tutub.🤩
Qax rayonunun Gənc Könüllüləri “Həmrəy könüllü” layihəsi çərçivəsində Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri ilə görüşüblər.
İlk öncə Aqrar İnkişaf Könüllüləri gəncləri mərkəzin fəaliyyəti ilə yaxından tanış edib. Daha sonra gənclər öz könüllü fəaliyyətləri ilə bağlı ümumi müzakirə aparıb, gələcəkdə baş tutacaq birgə layihələr haqqında danışıblar.😊
📌Qeyd edək ki, layihənin məqsədi könüllülərin digər təşkilatların və hərəkatların könüllüləri, könüllü fəaliyyətləri, layihə və tədbirləri ilə yaxından tanış olmasıdır.
#AzGF #GəncKönüllü #agrovolunteers #Həmrəykönüllü #GələcəyimİZ