Göyçayda Gənc Könüllülərin iştirakı ilə “Təmiz Göyçay” layihəsi baş tutub.🤩
Layihə çərçivəsində Gənc Könüllülər və Göyçay gəncləri Göyçay çayı sahillərində təmizlik aksiyası həyata keçiriblər. Aksiya çərçivəsində gənclər çayın məişət tullantıları atılan sahillərini təmizləyiblər.🏞️
Aksiyanın keçirilməsində məqsəd Göyçay çayı sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, çay ərazilərinin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri çay ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.😊
Gənclər aksiyanın sonunda çay sahilində piknik ediblər.
#AzGF #TəmizGöyçay #Gənckönüllü #GələcəyimİZ