“Gənc Könüllülər ” Hərəkatı hər bir gəncin könüllü fəaliyyətini 5 mərhələli “Gənc könüllü yolu” na əsasən tənzimləyir. Bu mərhələlər könüllülərin asudə vaxtlarıının səmərəli və əyləncəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına və karyera yüksəlişinə nail olunmasına şərait yaradır. Bu mərhələlərdən dördüncüsü isə DƏYİŞ adlanır. Mərhələnin əsas məqsədi isə könüllülərin potensiallarına uyğun çoxşaxəli inkişaflarının təmin olunmasıdır.

Könüllü fəaliyyət balı yüksək olan gənclər hər 6 aydan bir keçirilən seçimlərdə iştirak edib sıravi könüllüdən hərəkatın idarəedilməsində iştirak edən gəncə çevrilə bilər. Bunun üçün seçilmiş könüllülərə silsilə peşəkar təlimlər keçirilir, onlar üçün çağırışlar («challenge») təşkil olunur. «Challenge» - iki mərhələli könüllünün təcrübə proqramıdır. İlkin olaraq könüllülər «Gənc Könüllülər» Hərəkatında təcrübə keçir daha sonra isə digər qurumlara yönləndirilir.
BİZƏ QOŞUL