Mərhələlər

“Gənc Könüllülər ” İctimai Birliyi hər bir gəncin könüllü fəaliyyətini 5 mərhələli “Gənc könüllü yolu” na əsasən tənzimləyir. Bu mərhələlər könüllülər asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, əyləncəli vaxt keçirməsinə və karyera yüksəlişinə nail olunmasına şərait yaradır.

"Gənc Könüllülər" Hərəkatı respublika qeydiyyatı

“Gənc Könüllülər ” Hərəkatı hər bir gəncin könüllü fəaliyyətini 5 mərhələli “Gənc könüllü yolu” na əsasən tənzimləyir. Bu mərhələlər könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, əyləncəli vaxt keçirməsinə və karyera yüksəlişinə nail olunmasına şərait yaradır. Bu mərhələlərdən ilki isə QOŞUL adlanır. Mərhələnin əsas məqsədi isə gəncləri könüllü olmağa səsləməkdir.

Gənclər ali və orta ixtisas təhsil müəssisələrində təqdimatlar, təqdimat video-çarxı, vebsayt, KİV və sosial şəbəkələrdə paylaşımlar vasitəsi ilə Gənc Könüllülər haqqında məlumat əldə etmiş olurlar. GencApp və gənc könüllülər saytı vasitəsi ilə qoşulmaq üçün müraciət göndərirlər. Ərizələrə baxılır və meyarlara uyğun gələn gənclər təlimat sessiyasına dəvət olunur. Beləliklə də Gənc Könüllü ilk mərhələni artıq tamamlamış olur.

QOŞUL
Mərhələ boyunca könüllülər, könüllü liderlər və koordinatorlar üçün həyat bacarıqları və fərdi inkişafla bağlı baza təlim təlimlərin təşkili həyata keçirilir. Mərhələdə kampaniya, marafon və digər aksiyaların təşkili, aktual sayılan müxtəlif mövzular üzrə müzakirə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təlimləri bitirən gənclərə psixoloji və şəxsiyyət tipinin müəyyən olunması üçün test təklif olunur. Eləcədə, bu gənclər komandalara bölünür və gənc könüllü bazasına daxil edilirlər.
Bu mərhələlərdən üçüncüsü isə FƏRQLƏN adlanır. Mərhələnin əsas məqsədi isə gənclərin praktiki bacarıqlarının artırılması, onların maraqlarına xidmət edən istiqamətlər üzrə fəaliyyətlərin təşkil olunması və könüllülərin təşəbbüslərinin qiymətləndirilməsidir.

Mərhələ boyunca könüllülər davamlı olaraq müxtəlif tədbirlərə könüllü olaraq cəlb olunurlar. Maraq dairələrinə uyğun müxtəlif klublar yaradır və fəaliyyətində iştirak edirlər. Mütəmadi onlar üçün təlim, master-klass, tanınmış şəxslərlə görüşlər təşkil olunur. Bu mərhələdə könüllülər öz fəaliyyətlərinə görə könüllü fəaliyyət balı toplayırlar.
Könüllü fəaliyyət balı yüksək olan gənclər hər 6 aydan bir keçirilən seçimlərdə iştirak edib sıravi könüllüdən hərəkatın idarəedilməsində iştirak edən gəncə çevrilə bilər. Bunun üçün seçilmiş könüllülərə silsilə peşəkar təlimlər keçirilir, onlar üçün çağırışlar («challenge») təşkil olunur. «Challenge» - iki mərhələli könüllünün təcrübə proqramıdır. İlkin olaraq könüllülər «Gənc Könüllülər» Hərəkatında təcrübə keçir daha sonra isə digər qurumlara yönləndirilir.
Dəyişim mərhələsini uğurla keçən gənclər “Gənc Könüllülər” İctimai Birliyində daha yüksək yer tutmaq şansı əldə edir:

  • 1. İdarə Heyətinin üzvü (fəaliyyət istiqamətini idarə edir)
  • 2. Supervayzer (3-5 koordinatoru idarə edir)
  • 3. Koordinator (10-20 nəfərlik qrupu idarə edir)
  • 4. Qrup Lideri ( 5-10 nəfərlik qrupu idarə edir

  • Bu mərhələni keçəndən və bir müddət fəaliyyətdə olduqdan sonra könüllü Gənclər Fondu, GİKM və ya aidiyyəti təşkilatların aparatlarında könüllü və ya təcrübəçi kimi fəaliyyətə cəlb oluna, ictimai liderlər kimi tanına bilər.
    BİZƏ QOŞUL