“Gənc Könüllülər ” İctimai Birliyi hər bir gəncin könüllü fəaliyyətini 5 mərhələli “Gənc könüllü yolu” na əsasən tənzimləyir. Bu mərhələlər könüllülərin asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, əyləncəli vaxt keçirməsinə və karyera yüksəlişinə nail olunmasına şərait yaradır. Bu mərhələlərdən ikincisi isə ÖYRƏN adlanır. Mərhələnin əsas məqsədi isə gənlərin müxtəlif mövzularda təlimləndirilməsi və biliklərinin artırılmasıdır.

Mərhələ boyunca könüllülər, könüllü liderlər və koordinatorlar üçün həyat bacarıqları və fərdi inkişafla bağlı baza təlim təlimlərin təşkili həyata keçirilir. Mərhələdə kampaniya, marafon və digər aksiyaların təşkili, aktual sayılan müxtəlif mövzular üzrə müzakirə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təlimləri bitirən gənclərə psixoloji və şəxsiyyət tipinin müəyyən olunması üçün test təklif olunur. Eləcədə, bu gənclər komandalara bölünür və gənc könüllü bazasına daxil edilirlər.
BİZƏ QOŞUL