ÜMUMİ MƏLUMAT

Könüllülük fəaliyyəti son illər Azərbaycanda gənclərin ən çox maraq dairəsində olan ən mühüm strateji hadisədir. Könüllülük fəaliyyətinin əsasında gələcəyə inam, sağlam inkişaf, karyera planlanmasıda ən vacib faktorlar və s. amillər dayanır. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. Ölkəmizdə könüllülük fəaliyyəti və onun aktiv iştirakçısı olan könüllülər daima diqqətdə saxlanılmaqdadır. Bu diqqətin ən bariz nümunəsi isə Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə, 30 dekabr 2019-cu il tarixli qərarı ilə 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan etməsidir.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq məqsədindən irəli gələrək, 7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə “Gənc Könüllülər” Hərəkatı yaradılıb. Hərəkatın məqsədi ölkəmizin rifahı üçün çalışan geniş könüllü təbəqəsini formalaşdırmaq, eləcə də, gənclərin müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına dəstək göstərməkdən ibarətdir.

“Gənc Könüllülər” Hərəkatının başlıca məqsədi ölkəmizin rifahı üçün çalışan geniş könüllü təbəqəsini formalaşdırmaq, eləcə də gənclərin müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına dəstək göstərməkdən ibarətdir.

  • “Gənc Könüllülər” Hərəkatının başlıca fəaliyyət istiqamətləri aşağıdıkılardır:
  • gənclərin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək;
  • könüllülərin fərdi və peşəkar inkişafını təmin etmək;
  • könüllülər arasında müasir texnologiyalardan istifadə bacarıqlarının artırılmasına kömək etmək;
  • könüllülük sahəsinin inkişaf etdirilməsi və potensiallı kadrların yetişdirilməsinə dəstək olmaq;
  • könüllülər üçün inkişaf proqramları, təlimlər, seminarlar təşkil etmək;
  • fərdi inkişafına təkan verməklə gəncləri könüllülük həyatında fəaliyyətə həvəsləndirmək;
  • yüksək motivasiya və sosial məsuliyyət hissi olan gənclər nəslinin yetişdirilməsinə töhfə vermək;
  • könüllülük sahəsində beynəlxalq əlaqələrin qurulması;
  • könüllülük fəaliyyəti vasitəsilə gənclərin məşğulluğun təmin olunmasına yardım etmək.
Respublikanın 30-a yaxın şəhər və rayonlarda “Gənc Könüllülər” Hərəkatının könüllüləri fəaliyyət göstərir.
BİZƏ QOŞUL