“Gənc Könüllülər ” İctimai Birliyi hər bir gəncin könüllü fəaliyyətini 5 mərhələli “Gənc könüllü yolu” na əsasən tənzimləyir. Bu mərhələlər könüllülər asudə vaxtının səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarının artırılmasına, əyləncəli vaxt keçirməsinə və karyera yüksəlişinə nail olunmasına şərait yaradır. Bu mərhələlərdən sonuncusu isə YÜKSƏL adlanır. Mərhələnin əsas məqsədi isə könüllülərin karyera yüksəlişinin təmin olunmasıdır.
 

Dəyişim mərhələsini uğurla keçən gənclər “Gənc Könüllülər” İctimai Birliyində daha yüksək yer tutmaq şansı əldə edir:

  • 1. İdarə Heyətinin üzvü (fəaliyyət istiqamətini idarə edir)
  • 2. Supervayzer (3-5 koordinatoru idarə edir)
  • 3. Koordinator (10-20 nəfərlik qrupu idarə edir)
  • 4. Qrup Lideri ( 5-10 nəfərlik qrupu idarə edir

  • Bu mərhələni keçəndən və bir müddət fəaliyyətdə olduqdan sonra könüllü Gənclər Fondu, GİKM və ya aidiyyəti təşkilatların aparatlarında könüllü və ya təcrübəçi kimi fəaliyyətə cəlb oluna, ictimai liderlər kimi tanına bilər.
    BİZƏ QOŞUL